ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücünün videosunu oxuculardan biri redaksiyamızın qaynar xəttinə göndərib. Avtosfer.az xəbər verir ki, hadisə iyunun 29-da, paytaxtın Mərdəkan yolunda qeydə alınıb. Belə ki, 10-AA-951 qeydiyyat nişanlı "Lexus" markalı avtomobilin sürücüsü sərt manevr edərək görüntünü qeydə alan avtomobili sıxışdırıb. Daha sonra isə qoşa xəttin üzəri ilə hərəkət edərək təhkükə saçıb. Bununla kifayətlənməyən sürücü sonda sol zolaqdan qəfil sağa dönərək növbəti dəfə manevr qaydasını pozub. Bu zaman hərəkətə başlayan avtobusun önünə keçərək qəza şəraiti yaradıb.
Fərid
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.