Qarabağda azad iqtisadi zonalar da yaradacağıq.
APA-nın xəbərinə görə, bunu Ağdamda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) “Davamlı və İqlimə Dayanıqlı Gələcəyin qurulması üçün gənclərin rolunun artırılması” mövzusuna həsr olunmuş Gənclər Forumu çərçivəsində “Yüksək səviyyəli perspektivlər: “Regional inkişafda gənclərin rolu” panelində Azərbaycan Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi Elmar Məmmədov bildirib.
İdarə rəisi hazırda azad edilmiş ərazilərində yaşıl iqtisadiyyatla bağlı layihələr həyata keçirildiyini də nəzərə çatdırıb.