AZ

Rusiyadan Azərbaycan məhsullarına QADAĞA

Bakupost portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Moskva və Bakı arasında ikitərəfli münasibətlərin kəskinləşməsinə cavab olaraq, Rusiya hakimiyyəti Azərbaycandan alkoqollu məhsulların idxalına qadağa qoymağı nəzərdən keçirir.

Bakupost.az xəbər verir ki, bu barədə "Kremlyovskaya tabakerka" Teleqram kanlı bildirib.

Mənbələr bildiriblər ki, Azərbaycandan əvvəllər gətirilən bütün şərab və konyakların istisnasız olaraq qadağa altına düşmə ehtimalı var.

Qeyd olunur ki, bundan əvvəl Yekaterinburqda 2021-ci ildə saxta spirtlə kütləvi zəhərlənmədə iştirakda ittiham olunan Azərbaycan diasporunun nümayəndələri saxlanılıb.

Qeyd edək ki, Bakıda "Sputnik Azərbaycan"ın baş redaktoru Yevgeni Belousov və icraçı direktor İqor Kartavıx saxlanılıblar.

Zaur, BakuPost

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
50
www.bakupost.az

10Mənbələr