AZ

Nömrəsinə güvənən sürücü təhlükəli manevrlər etdi - 10-AA-951 - VİDEO

Ölkə daxilində səyahətə çıxan Çin vətəndaşı evinə qayıtmaq üçün təyyarə biletinə pul xərcləmək istəməyib və nəticədə səkkiz avtomobili qaçırıb.

Avtosfer.az xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri məlumat yayıb.

Qeyd olunur ki, 26 yaşlı Çin vətəndaşı ölkənin cənub bölgələrinə səyahət edib. Lakin evinə qayıtmağa pulu çatmayıb. Nəticədə o, doğma şəhərinə oğurladığı avtomobillərlə hərəkət edib.

Həmin şəxs bir neçə dəfə avtomobil oğurluğu və başqasının əmlakını qanunsuz mənimsəməkdə şübhəli bilinərək həbs edilib.

"Turist" hazırda həbsdədir və tezliklə hakim qarısına çıxarılacaq.

Seçilən
11
33
avtosfer.az

10Mənbələr