AZ

Qadın millimiz bu gün Belarusla yenidən qarşılaşacaq

Finss.az - Belarusda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ikinci yoxlama oyununa çıxacaq.

Rəqib yenə də Belarus yığmasıdır.

Görüş Minsk şəhərindəki “Traktor” stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. Matçı Rusiyadan olan baş hakim Vera Opeykina idarə edəcək.

Qeyd edək ki, iyunun 28-də keçirilən ilk oyunda Belarus millisi Azərbaycan yığması üzərində 3:0 hesablı qələbə qazanmışdı.

Seçilən
0
21
fins.az

10Mənbələr