AZ

İsrailli cütlük İrana casusluq etdiyi üçün həbs olunub

Bakı, 1 iyul, AZƏRTAC

Otuz yaşlarında israilli cütlük İrana casusluq etdiyi üçün həbs olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə İsrailin TPS-IL xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ ilə bağlı İsrail Polisi və İsrail Təhlükəsizlik Agentliyinin nümayəndələri cütlüyün evində axtarış aparıblar. Axtarış nəticəsində onların öz rəhbərləri ilə bəzi yazışmaları üzə çıxıb.

Müstəntiqlər cütlüyün bir neçə telefon, kompüter və digər cihazlarını müsadirə ediblər.

Seçilən
3
6
azertag.az

10Mənbələr