ABŞ-ın səkkiz ştatında İranın 11 vətəndaşı həbs edilib.
Axar.az xəbər erir ki, bu barədə “Voll Strit Jurnal” ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi İdarəsinə istinadən məlumat yayıb.
“Saxlanılanlardan biri İnqilab Keşikçiləri Korpusunun keçmiş üzvüdür və ABŞ rəsmilərinin bildirdiyinə görə, Livan Hizbullahı ilə əlaqələrini etiraf edib”, - məlumatda bildirilib.
Həbs edilən daha bir şəxsin adı terrorçuluqda şübhəli bilinənlər siyahısındadır.
Qeyd edək ki, son günlər ABŞ-da qeyri-qanuni yaşayan 130 İran vətəndaşı həbs edilib.