"Yuventus" yenidən Viktor Osimhenlə maraqlanmağa başlayıb.
Offsideplus.az xəbər verir ki, "qoca sinyora" nigeriyalı hücumçunu heyətinə qatmaq üçün danışıqlara start verib.
Bu barədə insayder Di Marzio məlumat yayıb.
Osimhenlə eyni zamanda "Liverpul", "Qalatasaray" və "Əl-Hilal" da maraqlanır. Onun bu yay "Napoli"dən ayrılacağı dəqiqdir.
Nigeriyalını transfer etmək istəyən klub Neapol təmsilçisinə 75 milyon avro ödəməlidir.