Son günlər tanınmış rejissor Tahir Tahiroviçin "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" QSC-dən ayrılması ilə bağlı yayılan məlumatlar müzakirə mövzusuna çevrilib.
Məsələni dəqiqləşdirmək üçün rejissorun özü ilə əlaqə saxladıq. Tahir Tahiroviç Bizim.Media-ya açıqlamasında bildirib ki, Naxçıvan televiziyasının Bakı bürosunun rəhbəri vəzifəsindən şəxsi istəyilə ayrılıb:
“Bəli, televiziyadakı vəzifəmdən öz təşəbbüsümlə ayrıldım. Bu müddət ərzində birlikdə çalışdığım hər kəsə uğurlar arzulayıram. Hazırda Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və kinorejissor kimi fəaliyyətimi davam etdirir, film layihələri üzərində işləyirəm”, – deyə o bildirib.
Aygün Hüseyn, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta