AZ

“Qarabağ” qonşu ölkədən bu transferi edəcəkmi?

"Dila"nda çıxış edən Abubakar Kontenin yeni mövsümə "Qarabağ"da başlayıb-başlamayacağına aydınlıq gəlib.

Bu barədə Ağdam klubundan redaksiyamıza bildirilib.

Saytımıza verilən məlumata görə, Malidən olan legioner Qurban Qurbanovun maraq dairəsində deyil. Odur ki, rəhbərlik 24 yaşlı sol cinah vingerinə təklif göndərməyib.

Sosial şəbəkələrdə yayılan xəbərə görə, Azərbaycan çempionu 2024-cü ildən Gürcüstan təmsilçisində çıxış edən afrikalı ilə danışıqlara başlayıb.

"Köhlən atilar"ın Norveçdən "Tromse"nin də istədiyi deyilən Konte ilə 3 illik müqavilə bağlamaq niyyətində olduğu iddiası ortaya atılıb.

"Qarabağ" bu yay hələ ki, iki əcnəbinı rənglərinə bağlayıb. Portuqaliyanın I Liqasından Dani Bolt ("Torreense") və Pedro Bikalyo ("Alverka") ilə müqavilə imzalanıb.

SPORTİNFO.AZ

Seçilən
6
50
sportinfo.az

10Mənbələr