ain.az, Avtosfer portalına istinadən məlumat verir.
Paytaxt sakinləri səkidəki maneələrdən narazıdırlar. Bu mövzuda dəfələrlə xəbər hazırlamışıq və nəticədə, aidiyyəti qurumlar tərəfindən tədbirlər görülüb.
Avtosfer.az xəbər verir ki, bu hallar Nəsimi rayonunda tez-tez yaşanır. Belə ki, rayonun Azadlıq prospektində, "28 Mall" ticarət mərkəzi ilə üzbəüz yerləşən köşkün sahibi səki zəbt edir. Yaranan vəziyyətlə bağlı sakinlər sosial şəbəkədə foto yayıb və vəziyyətin araşdırılmasını xahiş edib.
Sözügedən köşk səkinin üzərində bir neçə soyuducunu yan-yana düzərək, piyadaların hərəkətinə ciddi maneə yaradıb. Ərazidə əhalinin sıx olduğuna görə bu cür mənzərə onların gediş-gəlişində problemlərə səbəb olur.
Səkinin bu şəkildə zəbt olunması həm də şəhər infrastrukturunun görünüşünə mənfi təsir göstərir.
Fidan
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.