"Real Madrid" bu ay Alvaro Karreras transferini bitirəcək.
Offsideplus.az xəbər verir ki, "Benfika"nın Klublararası Dünya Çempionatında mübarizəni dayandırması danışıqları sürətləndirəcək.
Bu barədə "The Athletic" məlumat yayıb.
Karreras 2017-20-ci illər arasında "Real Madrid"in aşağı yaş komandalarında çıxış edib. O, daha sonra "Mançester Yunayted"ə transfer olub.
22 yaşlı sol cinah müdafiəçisi 2024-cü ilin yanvarından "Benfika"da çıxış edir. O, Lissabon klubunun heyətində 68 oyunda 5 qol vurub və 6 məhsuldar ötürmə edib.
Transfermarkt portalına görə gənc futbolçunun bazar dəyəri 35 milyon avrodur.