Goranboyda ekskavatorla minik maşını toqquşub.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə Goranboy-Ağcakənd avtomobil yolunun rayonun ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan "Hyundai" markalı ekskavatorla "Mercedes" markalı minik maşını toqquşub. Qəza zamanı minik maşınının sərnişinləri - 1955-ci il təvəllüdlü N.Hümbətov və 2004-cü il təvəllüdlü Ş.Hümbətbəyli müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Onlar Goranboy rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.