Onlayn alış-verişdə sərhədsiz imkanlar təqdim edən, Umico artıq müştərilərinə Birmarket brendi adı altında xidmət göstərəcək. Rebrendinq prosesini uğurla başa vuran e-ticarət platforması 2 milyondan çox müştəriyə unikal alış-veriş təcrübəsi təqdim edir.
Azərbaycanın ən böyük elektron ticarət platforması olan Birmarket müştərilərinə elektronika, məişət texnikası, şəxsi qulluq vasitələri, gözəllik məsulları, ev əşyaları da daxil olmaqla, onlarla kateqoriyada yüz minlərlə məhsul çeşidi təklif edir. Bununla yanaşı platforma istifadəçilərə sifarişləri ölkə üzrə fəaliyyət göstərən 850-dən çox “Gəl al” təhvil məntəqəsindən əldə edə və ya kuryer vasitəsilə ünvanlarını tərk etmədən təhvil ala bilərlər. 24 ayadək hissə-hissə, taksitlə ödəniş və yerində kredit imkanı isə müştərilərə əlçətan, eləcə də sərhədsiz alış-veriş fürsəti yaradır.
“Birmarket”, özündə “Birbank”, “m10”, “MilliÖn” və digər servisləri birləşdirən “Bir” rəqəmsal ekosisteminin tərkib hissəsidir. Platforma ekosistemin digər iştirakçıları ilə sıx inteqrasiya olunub ki, bu da texnoloji uyğunluğu təmin edir və yeni funksiyaların tətbiqini sürətləndirir.
“Birmarket” brendinin istifadəyə verilməsi, “Bir” ekosistemindəki rolumuzu vurğulayır. Burada alış-veriş, ödənişlər və servislər vahid rəqəmsal məkanda birləşərək milyonlarla istifadəçi və tərəfdaş üçün yeni imkanlar yaradır”, – “Birmarket”in Baş icraçı direktoru Rauf Qulaməliyev bildirib.