ain.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.
"Rusiyanın bu sayaq təzyiqləri davam etdikcə, öz növbəsində Moskva da özünün əhatə dairəsi hesab etdiyi ölkələrdən layiq olduğu cavabları almaqda davam edəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Ermənstan və Rusiya XİN rəhbərləri Ararat Mirzoyanla Sergey Lavrov arasında qızışan söz savaşını şərh edərkən deyib.
Natiq Miri bildirib ki, Lavrovla Mirzoyan arasındakı söz atışması Rusiya XİN-in Ermənistanın daxili işlərinə müdaxiləsilə əlaqədardır:
"Fikir vermisinizsə, Lavrov bir tərəfdən guya baş verən hadisə və proseslərin Ermənistanın daxili işi olduğunu bəyan edir, ancaq cümlənin sonunda konkret olaraq həmin hadisələrdən narahat olduqlarını bəyan edir. Belədə o, dolayısı ilə baş verən hadisələrin Rusiyanın maraqlarının ziddinə olduğunu etiraf edir. Bu isə təzyiq mexanizmidir".
Ekspert qeyd edir ki, diplomatik dildə Mirzoyan Lavrova başa salır ki, Ermənistan daxilində dinlə dövlət arasındakı münasibətlər məsələsi Rusiyanın işi deyil:
"Çünki ruslar provaslav, ermənilər isə katolikdirlər. İkincisi, Mirzoyaın işlətdiyi cümlənin arxasında daha çox işlətmədiyi ifadələr var. Bu ifadələr də odur ki, Ermənistan katolikos II Qareginin Rusiyanın xüsusi xidmət orqanlarına xidmət etdiyini və hər zaman bu ölkənin geosiyasi maraqları kontekstində fəaliyyət göstərdiyini bilir. Ona görə də Rusiya erməni katolikosunu belə canfəşanlıqla müdafiə edir. Ermənistan öz daxili məsələsi hesab etdiyi proseslərə Rusiyanın müdaxiləsinə icazə vermir və bunu diplomatik yolla anladır. Ermənistan həqiqətən də Rusiyadan asılı olmayan müstəqil dövlət formalaşdırmaq istəyirsə, heç bir ölkənin öz daxili işlərinə qarışmasına imkan verməməlidir. Ancaq Rusiya da təzyiqləri davam etdirəcək. Bu təzyiqlər olduqca isə Moskva zaman-zaman özünün əhatə dairəsi hesab etdiyi ölkələrdən də layiq olduğu cavabları almaqda davam edəcək".
Qeyd edək ki, Ermənsitanda Rusiya vətəndaşı olan erməni əsilli bizmensmenin saxlanılması, Paşinyanla Eçmiədzin kilsəsi arasında kəskinləşən qarşıdurma Moskvanı əməlli-başlı qıcıqlandırıb. Hətta məsələyə Rusiya XİN rəhbəri Sergey Lavrov da münasibət bildirib. Bu isə Ermənistan XİN-in kəskin etirazına səbəb olub. Belə ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Rusiya XİN rəhbəri Sergey Lavrova ölkəsinin daxili işlərinə qarışmamaq çağırışı edib. Lavrov "kilsəyə qarşı hücumların" narahatlıq doğurduğunu ifadə edib.
Buna cavab olaraq Mirzoyan qeyd edib ki, Lavrovun verdiyi məlumatlar "natamam və yanlışdır, həqiqətə uyğun gəlmir, Ermənistanda hakimiyyətin kilsəyə qarşı mübarizəsi aparılmır. Onun nəzərdə tutduğu isə bir neçə kilsə xadiminin siyasi fəaliyyətdə iştirakıdır".
O, bunun "hüquqi proses və Ermənistan Respublikasının daxili işi" olduğunu da əlavə edib: "Lavrovun ölkənin daxili işlərinə qarışmaması daha yaxşı olardı".
Rüfət Sultan
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.