
Hakimiyyət tərəfindən fəaliyyəti qadağan olunmum Azadlıq partiyasının sədri Əhməd Orucun oğlu Günxanın ölümü ilə bağlı mətbuatda müxtəlif fikirlər söylənir. Bu məsələlərlə bağlı onun fikirlərini öyrəndik.
O bildirdi ki, oğlu ailəsini dolandırmaq üçün müxtəlif işlərdə işləyib- proqramist, dizayner, fəhlə, usta, evakuator sürən, çörək maşını sürən, avtobus parkinin baş mexaniki işlərində işləyib. Son üç il idi kondisionerlərin, soyuducu sistemlərin qurulması və təmiri ilə məşğul idi. Yıxılmazdan iki gün qabaq Bakıda kondisioner ustaları arasında birinci yerə çıxmışdı, yeni soyutma sistemləri üzrə beynəlxalq sertifikat və hədiyyə almışdı, yaxın günlərdə yeni texnologiyalarla tanışlıq üçün Çinə dəvət olunmuşdu.
"İstanbul" klinikasında işləyərkən sınıq nərdivan ayağının altından qaçıb, yıxılıb omba sümüyü sınıb, Gömrük hospitalında əməliyyat olub, 5 gün orda qalıb, sonra evə buraxılıb. Əməliyyatan 16 gün sonra tikişini sökdürmək üçün hospitala gedib.
Həkim ayağına toxunan kimi şoka düşüb. Həkim səhvindən, yetərli müdaxilə etmədiklərindən oğlum keçinib. Günxan harada, hətta fəhlə işləsə belə mənim oğlum olduğunu bilən kimi işdən cıxarıblar. İndi ailədə məni günahlandırırlar ki, bəs sən bu hakimiyyətin dediklərini etsəydin oğlun bir rahat işdə işləyərdi...
Oğlunuzun ölümündə hakimiyyəti təqsirli bilirsinizmi? - sualına cavab olaraq Əhməd Oruc bildirdi ki," Mənim öğlumun ölümündə hakimiyyət birbaşa və dolası ilə günahkardı . O əvvəlki iş yerlərində təqib olunmasaydı, yarıtmaz, cinayətkar səhiyyə sistemi olmasaydı bu hadlsə baş verməzdi. Bu hakimiyyət Azərbaycanı halal, əxlaqlı, vicdanlı adamların yaşaması üçün cəhənnəmə çevirib. Bu ölkə oğrular, əyrilər, əxlaqsızlar, hər cürə murdarlar üçün cənnət kimi bir yerdir. Mənim oğlum halal zəhmətlə dolanan, ən çətin işlərdə işləyən, başqalarının baxmağa qorxduğu hündürlüklərdə ən müasir kondisionerləri quraşdırırdı.O, bu cəmiyyətdə yaşaya bilməzdi.