AZ

Türkiyədə 4 jurnalist həbs edildi

Türkiyədə satirik jurnalın 4 əməkdaşı saxlanılıb. 

News24.az "Unikal"-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.

Nazir bildirib ki, jurnalistlər Məhəmməd peyğəmbərin karikaturasına görə həbs edilib. Yerlikaya "LeMan"  jurnalının bu  addımını “həyasız” adlandırıb və onun baş redaktoru, qrafik dizayneri, qurumun direktoru və karikaturaçı rəssamın saxlanıldığını açıqlayıb.


Seçilən
22
20
news24.az

10Mənbələr