İsrail hava hücumundan müdafiə sistemləri son qarşıdurmalarda İranın pilotsuz uçuş aparatlarının (PUA) 99 faizini və raketlərin 86 faizini ələ keçirdiyini açıqlayıb.
Editor.az xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Aviçay Adraee Sputnik-ə bildirib. İsrail hava hücumundan müdafiə sistemləri son qarşıdurmalarda İranın pilotsuz uçuş aparatlarının (PUA) 99 faizini və raketlərin 86 faizini ələ keçirib.
“İran ərazimizə doğru mindən çox PUA buraxıb və onların böyük əksəriyyəti, yəni 99 faizdən çoxu ələ keçirilib. Ballistik raketlərə gəlincə, İran 500-dən çox raket buraxıb və onların 86 faizi ələ keçirilib. Bu, eyni zamanda buraxılışların növü və sayına görə də beynəlxalq rekorddur”, – Adraee deyib.
Sözçü vurğulayıb ki, İsrail ordusu İranın raket hücumu planının iflasa uğradığına inanır, İsrailin hava hücumundan müdafiəsi isə “əhəmiyyətli uğurlar” əldə edib.
//Gülnarə Abasova, Editor.az