AZ

Avropa İttifaqının dövrü sədrliyi Danimarkaya keçdi

Avropa İttifaqının dövrü sədrliyi Danimarkaya keçdi

Avropa İttifaqının (Aİ) 6 aylıq dövrü sədrliyini üzərinə götürən Danimarkanın gündəmində əsasən müdafiə, rəqabət qabiliyyəti, yaşıl keçid, miqrasiya və genişlənmə məsələləri dayanacaq.

Aİ-yə üzv ölkələr arasında hər 6 aydan bir rotasiya qaydasında dəyişən dövrü sədrliyi bu gündən etibarən 1 yanvardan bəri bu vəzifəni yerinə yetirən Polşadan Danimarkaya keçib.

Bu çərçivədə Danimarka ilin ikinci yarısında İttifaqın gündəminin formalaşmasında əsas rol oynayacaq.

Kopenhagen dövrü sədrliyin şüarını “Dəyişən bir dünyada güclü bir Avropa” kimi müəyyənləşdirib.

Danimarka Avropanın müdafiə sahəsində strateji müstəqilliyinin təmin edilməsi, Aİ ölkələrinin qlobal bazarlarda rəqabət qabiliyyətinin artırılması, Aİ-nin 2050-ci il üçün karbon neytrallığı hədəfinə çatmasını asanlaşdırmaq, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə və genişlənmə məsələlərinə fokuslanacaq.

Danimarka dövrü sədrliyi 2026-cı il yanvarın 1-də Kipr Respublikasına təhvil verəcək.

Seçilən
6
16
afn.az

10Mənbələr