AZ

Hamidu Keyta yenidən Azərbaycan klubunda çıxış edə bilər

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"Qarabağ" və "Zirə"nin sabiq futbolçusu Hamidu Keyta karyerasını yenidən Azərbaycanda davam etdirə bilər.

Oxu.Az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Ufuk Kendirci məlumat paylaşıb.

O, Superliqa təmsilçisi "Konyaspor"un 30 yaşlı vingerlə yollarını ayırdığını yazıb:

"Tərəflər 1-2 gün ərzində müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edəcəklər. Oyunçu yeni mövsüm üçün təlim-məşq toplanışına çağırılmayıb. Keytanın Azərbaycana qayıdacağı gözlənilir".

Qeyd edək ki, 2024-cü ildən "Konyaspor"da çıxış edən Keyta 2022/2023 mövsümündə "Zirə"nin, 2023/2024 mövsümündə "Qarabağ"ın formasını geyinib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
3
oxu.az

10Mənbələr