“Atəşgah” sığorta şirkəti ASC-nin İdarə Heyətinin üzvlərindən biri səlahiyyət müddətinin bitməsi ilə əlaqədar vəzifəsindən ayrılıb.
News365.az xəbər verir ki, bu, Sadıq Nəsib oğlu Mansurovdur.
Sadıq Mansurov 2012-2018-ci illərdə “Atəşgah Həyat” sığorta şirkətində İdarə Heyəti sədrinin müavini, 2023-2025-ci illərdə isə “Atəşgah” sığorta şirkətinin İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərib.
Hazırda o, şirkətdə İT və biznes proseslərin optimizasiyası üzrə direktor vəzifəsini icra edir.
Qeyd edək ki, “Atəşgah” sığorta şirkətinin İdarə Heyətinin hazırkı tərkibində sədr də daxil olmaqla 6 üzv fəaliyyət göstərir.