AZ

Barselonada son 100 ilin ən isti iyun ayı qeydə alınıb

Barselonada

İspaniyanın şərqində yerləşən Barselona şəhərində son 100 ilin ən isti iyun ayı yaşanıb.

Xalqcebhesi.az xəbər verir ki, İspaniya Meteorologiya İnstitutu (AEMET) Barselonada 1914-cü ildən bəri aparılan temperatur ölçmələrinə əsasən, bu ilin ən isti iyun ayı olduğunu açıqlayıb.

Açıqlamada bu il iyun ayında orta temperaturun 26 dərəcəyə çatdığı qeyd edilib. Əvvəlki ən isti iyun ayı isə 2003-cü ildə 25,6 dərəcə ilə qeydə alınmışdı.

Ayın ən yüksək temperaturu isə 30 iyunda 37,9 dərəcə ilə ölçülüb.

Avropanın bir çox şəhəri isti hava dalğasının təsiri altındadır. İtaliya, Almaniya, Belçika və Fransada da şiddətli istilərə qarşı müxtəlif tədbirlər görülüb.

Məryəm Quliyeva

Seçilən
3
35
xalqcebhesi.az

10Mənbələr