AZ

“Qızıl top”un keçmiş sahibi şikayət edən futbolçuları anlamır

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

Xristo Stoiçkov futbolçuların təqvimin yüklənməsi ilə bağlı narazılıqlarını bölüşmür.

İdman.biz xəbər verir ki, Bolqarıstan millisi və “Barselona”nın sabiq hücumçusunun fikrincə, oyunçular matçların çoxluğundan şikayət etməməlidirlər.

1994-cü il “Qızıl top”un sahibi olan Stoiçkov futbolçuların ildə 20 milyon avro qazandıqlarına görə şikayət etmədiklərini deyir: "Əvvəllər İspaniya, İngiltərə kuboku və İngiltərə Liqası kimi daxili yarışların mənası vardı. Bu turnirlərdə qalib gələrək avrokuboklara vəsiqə qazanmaq olurdu. Amma indi İspaniyadan Çempionlar Liqasına altı komanda şıxır. Eyni hal İngiltərə və İtaliyaya da aiddir. Belə olan halda onların nədən şikayət etdikləri mənə heç aydın deyil”.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
45
43
icma.az

10Mənbələr