AZ

Bu şəhərin meri dişi timsahla evləndi

Meksikanın San-Pedro-Uamelula şəhərində iyunun 30-da maraqlı və mərasimlə dolu tədbir keçirilib. Şəhər rəhbəri Daniel Gutyerres dişi timsahla evlənib.

 Reuters-in məlumatına görə, Daniel Gutyerres kayman timsahı ilə unikal nikah mərasimində iştirak edib. Yerli ənənəyə görə, belə evlilik Meksikanın cənubunda yerləşən şəhərə tərəqqi və bolluq gətirir.

“Bu tarixi andır. Hər il belə olur. Bu bayram iki şəhəri, iki mədəniyyəti və iki icmanı birləşdirir”,– deyə şəhər başçısı bildirib.

Əvvəllər Oaxaka əyalətindəki San-Pedro-Uamelula şəhərinin meri Viktor Uqo Sosa da dişi timsahla evlənmişdi. Yerli adətə görə, bu, şəhərin ilbəil yaxşı məhsul, yağış, həmçinin sülh və əmin-amanlıq qazanması üçün tanrılara verilən hədiyyədir.

Qeyd edək ki, nikah mərasimində “Alisia Adriana” adlı sürünənin ağzı ip ilə bağlanıbmış. Məqsəd isə iştirak edənlərin zərər çəkməməsi olub.

Seçilən
0
13
news365.az

10Mənbələr