İsrailin baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin iclası zamanı bildirib ki, gələn həftə ABŞ prezidenti Donald Tramp, vitse-prezident J.D.Vans, dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset və ABŞ prezidentinin elçisi Stiven Vitkoffla görüşmək üçün Vaşinqtona gedəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə baş nazir bəyanat yayıb.
Netanyahu deyib ki, bu səfər İsrailin İrana qarşı “Aslanın üsyanı” əməliyyatında “böyük qələbəsindən” sonra olacaq.