Hindistanın Telanqana əyalətindəki kimya zavodunda dünən baş verən partlayış və ardınca baş verən yanğında həyatını itirənlərin sayı 36 nəfərə çatıb.
Yanğınsöndürmə idarəsi rəsmiləri reaktorun partlaması nəticəsində çoxlu sayda insanın yaralandığını bildirib.
Səlahiyyətlilər partlayışdan sonra başlayan yanğının söndürüldüyünü və dağıntıların çıxarılması işlərinin davam etdiyini, zavodda dağıntı altında qalan işçilərin olub-olmadığını müəyyən etmək üçün araşdırma aparıldığını bildirib.
Digər tərəfdən, “Sigachi Industries”dən verilən açıqlamada, əsas istehsal infrastrukturu zədələnən zavodun fəaliyyətinin 90 gün müddətinə dayandırılacağı bildirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.