"9-11 Hazırlıq Məktəbi"nin bu ilki uğurları kurs əsaslı metodikanın nə dərəcədə effektiv olduğunu açıq şəkildə göstərdi. Şagirdlərin nailiyyətləri məktəbin həm sistemli yanaşmasının, həm də nəticəyönümlü tədris modelinin uğurla işlədiyini açıq şəkildə göstərdi.
Bütün tədris ili boyunca məqsədli şəkildə qurulmuş proqram, kurs əsaslı yanaşma və ardıcıl tədris strukturu, eyni zamanda hər bir şagird üçün fərdi planlamalar bu il yüksək nəticələrin əsasını təşkil etdi. Məktəbin şagirdləri müxtəlif istiqamətlər üzrə yüksək ballar topladılar, nüfuzlu universitetlərə qəbul oldular, həm yerli, həm də beynəlxalq imtahanlarda uğur qazandılar.
Burada nəticələr sözlərlə deyil, rəqəmlərlə sübut olunur:
- SAT - 1350
- IELTS - 7.0
- Buraxılış imtahanı - 200
- Universitetlərə qəbul - 100%.
Builki tədris prosesi yalnız yekun nəticələrlə deyil, həm də şagirdlərin fənlər üzrə real inkişafı ilə diqqət çəkdi. İlkin və yekun qiymətləndirmələrə əsasən, şagirdlər riyaziyyat, ana dili və xarici dil üzrə bilik və bacarıqlarında nəzərəçarpacaq dərəcədə irəliləyiş nümayiş etdiriblər. Bu inkişaf hər bir şagird üçün fərdi yanaşma və davamlı qiymətləndirməyə əsaslanan tədris sisteminin effektivliyini bir daha təsdiqlədi.
Bu nəticələr təsadüfi deyil - məqsədyönlü və sistemli yanaşmanın, təcrübəli müəllim heyətinin və fərdi dəstək modelimizin məhsuludur.
Məktəbin rəhbəri Vəfa Əliyeva builki nəticələrlə bağlı deyir:
"Bu nəticələr qurduğumuz sistemli yanaşmanın real təsdiqidir. Biz hər zaman inanmışıq ki, uğur təsadüfi deyil - məqsədli planlama, çevik metodika və güclü müəllim komandası ilə formalaşır. Bu il ərzində əldə olunan nəticələr bir daha göstərdi ki, fərdi yanaşma və davamlı inkişaf prinsipləri ilə hər bir şagird öz potensialını tam şəkildə reallaşdıra bilər. Qarşıdakı tədris ili üçün isə artıq yeni hədəflər, daha genişmiqyaslı proqramlar və tədrisin keyfiyyətini daha da artırmağa yönəlmiş hazırlıqlarımız davam edir".
Hazırda "9-11 Hazırlıq Məktəbi"nə qəbul davam edir. Özünü nəticələrlə doğrultmuş bir sistemin tərkib hissəsi olmaq, gələcək hədəflərinə doğru inamla irəliləmək istəyən hər bir şagird üçün "9-11 Hazırlıq Məktəbi" əlçatandır.
Qeydiyyatdan keçmək və ya daha ətraflı məlumat əldə etmək üçün *3170 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.