AZ

“Regional inkişaf üzrə maarifləndirmə” İB dən hüquqi reablitasiya xidməti

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Regional inkişaf üzrə maarifləndirmə” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara ictimai diqqətin artırılması” layihəsinin icrasını uğurla başa vurub.  

Layihənin icrası dövründə xüsusi qayğıya ehtiyacı olan 20 uşağa intensiv reabilitasiya məşğələləri, onların valideynləri üçün psixoloji və sosial-hüquqi reabilitasiya xidməti təşkil olunub.

Məşğələlər nəticəsində reabilitasiyaya cəlb olunan uşaqlarda bir sıra müsbət dəyişikliklər baş verib. Belə ki, onların davranış vərdişləri və bacarıqlarında irəliləyişlə yanaşı, qrup və ətrafdakı insanlara uyğunlaşmaq prosesi artıb, ictimai qaydalara riayət etmək bacarığı və vərdişləri  yaranıb. Həmçinin, bir çox nitq qüsuru olan uşaqlarda müsbət nəticə əldə olunub. Mərkəzin fəaliyyətindən bəhrələnənlərdən autizm, Daun sindromu, əqli gerilik və nitq qüsurlu uşaqlar çoxluq təşkil edib.Qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyd olunan layihənin dəstəklənməsi Gəncə Reabilitasiya Mərkəzinin davamlı fəaliiyət göstərməsində mühüm əhəmiyyət kəsb edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
32
525.az

10Mənbələr