AZ

Wi Fi bu 10 ölkədə daha sürətlidir

ain.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin may ayında sabit genişzolaqlı internetin sürətinə görə dünya ölkələri arasında birinci yeri Sinqapur (372.02 Mbps) tutub.

Banco.az internetin sürətini yoxlamaq üçün istifadə edilən etibarlı veb-sayt olan "Speedtest"ə istinadən xəbər verir ki, ötən ay Fransa (315.38 Mbps) ikinci, Birləşmiş Ərəb Əmirlikləri (314.49 Mbps) üçüncü olub.

153 ölkə arasında sonuncu yerdə Suriya (3.19 Mbps) qərarlaşıb. Azərbaycan isə bu siyahıda 87-ci (79.25 Mbps) olub. 

Genişzolaqlı internetin ən sürətli olduğu 10 ölkə bunlardır (May, 2025):

Sinqapur – 372.02 Mbps

Fransa – 315.38 Mbps

BƏƏ – 314.49 Mbps

Honkonq (Çinin xüsusi inzibati rayonu) – 310.24 Mbps

Çili – 297.75 Mbps

İslandiya – 297.50 Mbps

ABŞ – 289.34 Mbps

Cənubi Koreya – 288.54 Mbps

İsveçrə – 257.38 Mbps

Danimarka – 255.82 Mbps​

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
50
banco.az

10Mənbələr