Dünyanın aparıcı qadın şahmatçılarından biri olan Nurgül Salimova Batumidə keçiriləcək Dünya Kuboku ərəfəsində iki il əvvəl Bakıda baş tutan analoji yarışdakı çıxışını xatırlayıb.
İdman.biz xəbər verir ki, türk əsilli Bolqarıstan təmsilçisi yarışda titula iddialı şahmatçılardan biri hesab edilir.
O, Bakıdakı Dünya kubokunda yalnız finalda rusiyalı Aleksandra Qoryaçkinaya uduzaraq gümüş medal qazanmışdı.
Salimova həmin yarışla bağlı bunları deyib: “Bakıdakı yarış mənim üçün önəmli olub. İndi isə diqqətimi Batumidəki Dünya Kubokuna yönəltmişəm və yeni sınaqlara hazıram”.
Qeyd edək ki, iyulun 5-də start götürəcək və İddiaçılar Turnirinə seçmə xarakteri daşıyan Dünya kubokunda dörd azərbaycanlı şahmatçı — Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayeva da çıxış edəcək.
İdman.biz