Almaniyanın Thyssenkrupp Marine Systems şirkəti Almaniya Silahlı Qüvvələrinin satınalma təşkilatı (BAAINBw) ilə 6 “Type212A” sinifli dizel-elektrik sualtı qayığın modernləşdirilməsi üçün 800 milyon avro dəyərində müqavilə imzalayıb.
Herbiand.az xarici mətbuata istinadən bildirir ki, proqram çərçivəsində iş 10 il üçün nəzərdə tutulub.
Sualtı qayıqların modernləşdirilməsi, xüsusən də birinci partiyanın dörd sualtı qayığının naviqasiya və döyüş sistemlərinin müasir texnoloji standartlara və ən son əməliyyat doktrinalarına uyğun olması üçün əsaslı təmirdən ibarətdir.
Havadan müstəqil elektrik qurğuları (hidrogen yanacaq elementi texnologiyasına əsaslanaraq) sayəsində “Type-212A” sualtı qayıqları səthə çıxmadan uzun müddət sualtı əməliyyatlar həyata keçirə bilir.
Sualtı qayıqların gövdəsinin uzunluğu 56,3 metr, eni 6,8 metrdir. Maksimum suya enmə dərinliyi 350 metrdir. Ekipaj 27 nəfərdir.
Silahlanmaya altı 533 mm-lik torpedo borusu daxildir.
Bəxtiyar CƏFƏRLİ