AZ

Müəyyən qüvvələr Mosvka-Bakı münasibətlərinə xələl gətirməyə çalışır - Rusiya XİN

“Rusiya tərəfi münasibətlərə dəyən zərərin neytrallaşdırılması üçün öz fundamental yanaşmalarını ardıcıl olaraq Azərbaycana çatdırır”.

Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktor müavini Dmitri Masyuk deyib.

O bildirib ki, Rusiya müəyyən qüvvələrin Moskva ilə Bakı arasında münasibətləri parçalamaq üçün fəal cəhdlərini görür.

"Biz Bakı ilə münasibətlərimizdə çat yaratmaq üçün müəyyən qüvvələrin fəal səylərini görürük. Ötən ilin dekabrında Azərbaycana məxsus təyyarənin qəzaya uğraması, xüsusən də Bakıda Rus Evinin bağlanması ilə nəticələnən eyhamlar edilir", - deyə siyasətçi vurğulayıb.

Onun sözlərinə görə, Rusiya tərəfi münasibətlərə dəyən zərərin neytrallaşdırılması ilə bağlı prinsipial yanaşmalarını ardıcıl olaraq Azərbaycana çatdırır:

"Bu gün ağır cinayətlər törətməkdə şübhəli bilinən Rusiya vətəndaşlarının Yekaterinburqda saxlanması ilə bağlı Rusiyadakı etnik azərbaycanlılara qarşı təzyiqlərlə bizi günahlandırmağa çalışırlar. Biz öz növbəmizdə ardıcıl olaraq azərbaycanlı tərəfdaşlarımıza prinsipial yanaşmamızı çatdırırıq ki, Bakı ilə ikitərəfli münasibətlərimizə dəyən zərəri neytrallaşdıraq”, - deyə Masyuk əlavə edib.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
1
50
missiya.az

10Mənbələr