AZ

ABŞ müraciət etdi Rusiya Ukrayna müharibəsi bitəcək?

Sfera.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ Rusiyanı Ukraynada atəşi dərhal dayandırmağa və üçtərəfli danışıqlara başlamağa çağırıb.

Danışıqlar Rusiya-Ukrayna gərginliyinin səngiməsinə təkan verə bilər?

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli hazırda Rusiya üçün olduqca çətin bir dövr başlandığını deyib. O bildirib ki, Kreml bu taleyüklü mərhələdən necə çıxacağını düşünməyə başlayıb:

“Lakin proseslərin, xüsusilə də qlobal hadisələrin inkişaf istiqamətləri getdikcə Rusiyanın əleyhinə çevrilir. Bu baxımdan, Ukrayna müharibəsi ətrafında yaranmış vəziyyət ilk baxışda Rusiya üçün əlverişli təsir bağışlasa da, əslində Moskva üçün ciddi problemlər yarada biləcək istiqamətlərə yönəlir. Çünki indiyədək ABŞ Ukrayna müharibəsinin dayandırılması məsələsini yalnız Moskva ilə müzakirə edir və Kremlin irəli sürdüyü şərtlərin əksəriyyətini qəbul edirdi. Lakin Rusiyanın neoimperialist ambisiyaları ABŞ-nin qəbul etdiyi hər razılaşmanın üstünə əlavə şərtlər qoyması ilə nəticələndi. Nəticədə, ABŞ danışıqlar prosesindən geri çəkildi və vasitəçilik missiyasından imtina etdi. Bundan sonra İstanbulda iki tərəf arasında danışıqlar prosesi baş tutdu. İki görüş keçirildi və Ukrayna ilə Rusiya arasında müzakirələr aparıldı. Lakin məlum olur ki, bu proses də iflasa uğramaq üzrədir”.

Politoloq ABŞ-nin yenidən prosesə qoşulduğunu və bu dəfə Rusiyanın planlarına uyğun gəlməyən üçtərəfli görüş formatını gündəmə gətirdiyini əlavə edib. Onun sözlərinə görə, yəni ABŞ Ukrayna və Rusiyanı eyni masa arxasında müzakirələr aparmağa məcbur edə bilər:

“Bunu Ağ Ev təklif edir. Üçtərəfli danışıqlar formatı Kremlin bütün planlarını poza biləcək potensiala malikdir. Çünki bu halda Rusiya artıq yalnız ABŞ-lə razılığa gəlmək imkanına sahib olmayacaq. Üstəlik, Ukrayna öz maraqlarını Vaşinqton ilə uzlaşdırmaqda israrlı olacaq. Bununla paralel, ABŞ-nin də öz strateji maraqları var və həm Ukrayna, həm də Rusiya bunları nəzərə almağa məcbur qalacaq. Yəni əgər danışıqlar üçtərəfli formatda davam edərsə, proses xeyli mürəkkəbləşəcək”.

E.Xalidbəyli qeyd edib ki, bu mərhələdə Rusiya ciddi dilemmanın qarşısında qalır:

“Ukrayna müharibəsinin dayandırılması ilə bağlı Kremlin mövqeyinə gəldikdə, əgər Moskva üçtərəfli danışıqlarda öz maraqlarını diqtə etmək imkanını əldə edərsə və ABŞ ilə Ukrayna Rusiyanın irəli sürdüyü şərtləri qəbul edərsə, o halda böyük ehtimalla Rusiya atəşkəsə və sülh sazişinə razılıq verə bilər. Lakin əgər danışıqlar masasında Rusiya təzyiq altına düşərsə, Moskvanın neoimperialist tələbləri geri çəkilərsə, paralel olaraq beynəlxalq hüquq çərçivəsində Rusiyanın Ukrayna ərazilərindən çıxması tələb olunarsa, bu, Moskvanı son imkanlarından istifadə etməyə vadar edə bilər.

Belə olan halda Rusiya, öz şərtlərini qəbul etdirmək və güc nümayiş etdirmək məqsədilə Ukrayna döyüş meydanında hərbi əməliyyatları daha da intensivləşdirə bilər. Yəni Ukrayna müharibəsində Rusiyanın necə davranacağı Kremlin danışıqlara razılıq verib-verməyindən və danışıqlar masasında üzləşdiyi vəziyyətdən asılı olacaq”.

Fidan Hacızadə

Sfera.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
50
sfera.az

10Mənbələr