AZ

Bu il uşaqlara daha çox hansı adlar verilib?

Bakı. Trend:

2025-ci ilin ilk 6 ayında yeni doğulan körpələrə ən çox hansıadların verildiyi məlum olub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindənməlumat verilib.

Bildirilib ki, 2025-ci ildə yeni doğulan oğlan uşaqlarına ən çoxUğur adı qoyulub.

Belə ki, 802 ailə bu addan istifadə edib. Bundan əlavə, Hüseyn534, Raul 521, Əli 518, Yusif isə 516 yeni doğulan oğlan uşağınaseçilən ad olub.

Dünyana yeni göz açan qız uşaqları üçün ən çox istifadə edilənad isə Zəhra olub. 533 uşağa bu ad verilib.

Bununla yanaşı, Melisa 515, Məryəm 511, Zeynəb 508, Nilay 484uşağın adı kimi ailələr tərəfindən seçilib.

Məqalədə:
Seçilən
9
5
az.trend.az

10Mənbələr