AZ

Ermənistan və Aİ arasında təhlükəsizlik və müdafiə üzrə məsləhətləşmələrin birinci sessiyası keçirildi

BAKI, 1 iyul. TELEQRAF

İyunun 30-da Ermənistan və Avropa İttifaqı arasında Təhlükəsizlik və Müdafiə Məsləhətləşmələrinin birinci sessiyası keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə ER Xarici İşlər Nazirliyi məlumat yayıb.

İclasın gündəliyinə bir çox məsələlər daxil edilib. Məsləhətləşmələr zamanı Ermənistan və Avropa İttifaqı arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub, eləcə də aktual regional problemlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər Avropa İttifaqının böhranın idarə olunması əməliyyatları çərçivəsində gələcək əməkdaşlığın perspektivlərini, Aİ-nin Ermənistandakı monitorinq missiyasının fəaliyyətini, Avropa Sülh Proqramı çərçivəsində tərəflər arasında davamlı əməkdaşlıq imkanlarını, Avropa Təhlükəsizlik və Müdafiə Kolleci ilə Ermənistanın müvafiq təhsil müəssisələri arasında əməkdaşlığın perspektivlərini, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Seçilən
0
50
teleqraf.com

10Mənbələr