AZ

Rusiyanın müdafiə sistemləri istehsal edən zavodu vurulub

Rusiyanın

Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) dronları İjevskdəki “Tor” və “Osa” hava hücumundan müdafiə raket sistemləri, habelə Rusiya ordusu üçün pilotsuz təyyarələr istehsal edən “Kupol” zavodunu vurub.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətindəki mənbə ölkə KİV-lərinə bildirib.

“İyulun 1-də səhər saatlarında uzaqmənzilli SBU pilotsuz təyyarələri Udmurt Respublikasında yerləşən Kupol İjevsk Elektromexanika zavodunun istehsalat sahələrinə və anbarlarına zərbələr endirib. Hədəfə qədər olan məsafə 1300 kilometrdən çox olub”, - mənbə qeyd edir.

Məlumata görə, bu müəssisə Rusiya Müdafiə Nazirliyinin sifarişlərini yerinə yetirir, daha doğrusu, “Tor” və “Osa” hava hücumundan müdafiə sistemlərinin istehsalı üzrə ixtisaslaşıb, həmçinin dron təyyarələrinin istehsalı ərazisidir. Zavod Rusiya hərbi sənaye kompleksinin obyekti kimi beynəlxalq sanksiyalar altındadır.

Ən azı iki SBU pilotsuz təyyarəsinin zavod binalarına vurulması qeydə alınıb, bundan sonra yanğın baş verib.

“SBU Ukraynaya qarşı müharibə üçün işləyən Rusiyanın hərbi sənaye kompleksi müəssisələrinə cərrahi dəqiqliklə zərbələr endirməkdə davam edir. Hər bir belə xüsusi əməliyyat düşmənin hücum potensialını azaldır, hərbi istehsal zəncirlərini pozur və Rusiyanın dərin arxa cəbhəsində belə onun hərbi infrastrukturu üçün təhlükəsiz zonaların olmadığını nümayiş etdirir”,- deyə SBU-dan bildirilib.

Qeyd edilir ki, səhər saatlarında Udmurtiyanın rəhbəri Aleksandr Breçalov bildirib ki, İjevsk pilotsuz təyyarələrin hücumuna məruz qalıb.

ELÇİN
Seçilən
9
22
reyting.az

10Mənbələr