“Azərişıq” ASC Xocavənd rayonunda yeni yarımstansiya inşa edəcək.
Bu barədə İndex.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.
Məlumata görə, Səhmdar Cəmiyyətin Xocavənd rayonu ərazisində yeni 35 kV-luq yarımstansiyasının tikintisi və şəbəkə ilə əlaqələndirilməsi işlərin satın alınması ilə bağlı elan etdiyi tenderi tamamlanıb.
Bildirilib ki, tenderin qalibi “HARMONY İNDUSTRİAL CONSTRUCTİON AND ENGİNEERİNG GROUP” MMC-dir.
Qalibə 3 milyon 960 min 539,67 manat vəsait ödəniləcək.