AZ

Braziliya millisinin üzvü “Zenit”də

ain.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

“Flamenqo”nun futbolçusu Jerson karyerasını Rusiyada davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, “Zenit” 28 yaşlı futbolçunun transferi üçün Braziliya klubu ilə razılaşıb. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Sankt-Peterburq təmsilçisi müdafiəçi üçün 25 milyon avro ödəyəcək.

Jerson “Flamenqo” ilə bu mövsüm 28 oyunda 2 qol vurub, 4 məhsuldar ötürmə edib. Braziliya millisinin də üzvü olan futbolçu yığmada 14 oyuna çıxıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
28
futbolpress.az

10Mənbələr