AZ

Azərbaycanın çimərlik voleybolu üzrə komandası beynəlxalq turnirdə pley-offa yüksəlib

Bakı. Trend:

Latviyanın Cesis şəhərində çimərlik voleybolu üzrə 18 yaşadəkqız və oğlanlar arasında Şərqi Avropa Voleybol ZonalAssosiasiyasının (EEVZA) çempionatına start verilib.

Trend xəbərverir ki, Latviya, Litva, Estoniya, Polşa, Ermənistan, Gürcüstan vəUkrayna yığmalarının mübarizə apardığı turnirdə Azərbaycan iki qızvə bir oğlan komandası ilə təmsil olunur.

Oğlanların yarışında komandamız (İbrahim Məmmədov / MuhəmmədAslanlı) qrup mərhələsində Latviya və Estoniya yığmalarını 2:0hesabı ilə məğlub edərək pley-off mərhələsinə yüksəlib. Bumərhələdə təmsilçilərimiz Litva komandası ilə qarşılaşacaq.

Qızlardan ibarət kollektiv isə qrup mərhələsində mübarizənidayandırıblar.

Qeyd edək ki, yarışa iyulun 3-də yekun vurulacaq. İlk üç pillənitutan komandalar Avropa çempionatına vəsiqə qazanacaqlar.

Məqalədə:
Seçilən
34
16
az.trend.az

10Mənbələr