Ajans.az deutsche welle-ə istinadən xəbər verir ki, MHP rəhbəri Dövlət Baxçalı CHP-yə 38-ci Qurultayla bağlı 8 sentyabrda keçiriləcək yeni məhkəmə iclası öncəsində “daxili birlik” çağırışı edərək, partiyanın öz daxilində birlik və əmin-amanlıq içində olmasının “Türk demokratiyasının xeyrinə olacağını” qeyd edib. Baxçalı, partiyasının Türkiyə Böyük Millət Məclisindəki (TBMM) qrup toplantısında, dünən baxılmış və CHP-nin 38-ci Qurultayının ləğvi tələbi ilə açılmış məhkəmə işinə də toxunub. “CHP-nin məhkəlik olması, gündən-günə ağırlaşan xəstə strukturlarının nəticəsidir” deyən Baxçalı, məhkəmənin 8 sentyabra təxirə salındığını, həmin tarixdən bir gün sonra, 9 sentyabrda CHP-nin 102-ci ildönümünü qeyd edəcəyini xatırladaraq bunları deyib: “CHP-nin 9 sentyabra birlik və bütövlük içində çatması demokratik baxımdan bir fürsətdir. Onların daxildə birlik və dirlik içində olması, daxili sakitlik və tarazlığı əldə etmələri Türk demokratiyasının xeyrinədir. Mən hesab edirəm ki, Sosialist İnternasionalın orbitində sorğu-sualsız dönmək yerinə, Atatürkün izindən gedərək, qeyri-sabitlikdən və nəticəsi naməlum olan qarışıqlıqlardan qurtula bilərlər.” Dövlət Baxçalı, “bu səmimi tövsiyələrə əməl olunmaması halında” CHP-nin “Türk siyasətini səbəb-nəticə əlaqəsi baxımından korlayacağını və yıpradacağını” bildirib. O, CHP-nin həm öz siyasi varlığını təhlükəyə atacağını, həm də Türk demokratiyasına zərər verəcəyini deyib. CHP-ni “kartel partiyası” olmaqda ittiham edən Baxçalı, partiyanın “siyasi məqsədləri üçün dövlətin resurslarından qanunsuz yollarla istifadə etməyə və şəbəkə qurmağa qədər həddi aşdığını” iddia edib. Baxçalı, CHP başqanı Özgür Özəlin Almaniyada iqtidar ortağı olan SPD-nin qurultayına qatılmasını da sərt şəkildə tənqid edib: “Nəymiş, bu şəxs Alman Sosial Demokrat Partiyasının qurultayında ayaq üstə alqışlanıb. ‘Ya hamımız birlikdə, ya heç birimiz’ deyib. Keçin bu nağılları, gəlin də külahıma danışın bu cəfəngiyatı. Xaricilərin qarşısında vəziyyətə uyğun danışan bir siyasətçinin öz ölkəsini və millətini müzakirə etməsi, hətta pisliyə salmaq yarışına girməsi utancverici prinsipsizlik və nüfuzsuzluqdur.” “PKK-nın silah buraxma prosesi dərhal tamamlanmalıdır” Baxçalı çıxışında yeni həll prosesi ilə bağlı da açıqlamalar verib. Türkiyənin bu proseslə yeni bir mərhələyə keçdiyini vurğulayan Baxçalı deyib: “PKK-nın silah buraxma prosesi bir an əvvəl başa çatdırılmalı, təxribat xarakterli və heç kimin öhdəsindən gələ bilməyəcəyi yeni toqquşmalara səbəb ola biləcək sərt təhriklərə qarşı maksimum diqqət göstərilməlidir.” Son günlər bəzi media orqanlarında PKK-ya bağlı kiçik bir qrupun iyul ayında rəmzi şəkildə silah buraxa biləcəyi və bu hadisənin görüntüsünün yayıla biləcəyi ilə bağlı xəbərlər yayılmışdı. Baxçalı, bu məsələyə dair qrup çıxışında daha sonra belə deyib: “Kim nə deyib, karvana daş atmaq üçün hansı mövqeni tutub — bunların heç bir əhəmiyyəti və öncəlik dəyəri yoxdur. 27 fevral İmralı bəyanatına uyğun şəkildə, PKK təşkilati varlığını ləğv etdiyini və silahları buraxdığını 12 mayda açıqlamışdır. DEM Partiyasının məsuliyyətli və nəticəyönümlü təmasları isə qeydə dəyərdir. Qanlı dövr tamamilə sona çatmalıdır. Qara bir mərhələ bir daha açılmamaq üzrə bağlanmalıdır. Ümidlər artmalı, barış atmosferi hökm sürməlidir. Bundan geri dönüş yoxdur. Əks halda ortaya çıxacaq nəticələrin bədəli fəlakət olacaq.”