AZ

Rusiyanın hərəkətlərinə kəskin cavab: Bu ölkə hərbi gəmilər göndərir

Berlin Rusiyanın bölgədə artan iştirakına cavab olaraq Arktikaya hərbi gəmilər göndərəcək.

Publika.az "The Telegraph" qəzetinə istinadən xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius danışıb.

Onun sözlərinə görə, Bundesver “öz mövcudluğunu nümayiş etdirmək üçün” Şimali Atlantika və Arktikaya patrul gəmiləri göndərəcək.

"Dəniz təhdidləri artır. Rusiya Arktikanı hərbiləşdirir. Biz bu ərazidə Rusiya sualtı fəaliyyətinin artdığını müşahidə edirik", - Pistorius bildirib.

Mətndən belə məlum olur ki, bu il alman gəmiləri Arktikaya göndəriləcək. Qəzet yazır ki, bölgəyə gedən yolda Almaniya donanması müttəfiqlərlə təlimlər keçirəcək. Bu yolla Almaniya “bölgəyə bağlılığını vurğulamaq” niyyətindədir.

Seçilən
0
2
publika.az

4Mənbələr