"Barselona"nın futbolçusu Ansu Fati karyerasını Fransada davam etdirəcək.
QOL.az xəbər verir ki, "Monako" ispaniyalı yarımmüdafiəçini icarəyə götürüb. Bu barədə klubun mətbuaat xidməti məlumat yayıb.
İspaniya millisinin üzvü 2025/2026 mövsümünü "Monako"nun heyətində keçirəcək.
Qeyd edək ki, Ansu Fati "Barselona"nın yetirməsidir. O, ötən mövsüm Kataloniya təmsilçisinin heyətində 11 rəsmi matçda meydana çıxıb.