AZ

Dəhşətli qətl hadisəsi baş verdi: Gənc vəhşicəsinə döyüldü, ürəyi çıxarıldı

Türkiyədə bir müddət əvvəl baş verən cinayətin dəhşətli təfərrüatı ortaya çıxıb. Belə ki, 17 yaşlı gənc altı nəfər tərəfindən əvvəlcə döyülüb və bıçaqlanıb, daha sonra isə aorta damarı kəsilərək ürəyi çıxarılıb.

Moderator.az-ın "TGRT Haber"ə istinadla verdiyi xəbərə görə, bunu gəncin atası iddia edir.

Bildirilir ki, hadisə Qaziantepdə, parkların birində baş verib. Gənclər arasında mübahisə düşüb, nəticədə iki nəfər yaralanıb, onlardan biri xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı altı nəfər saxlanılıb, onlardan üçü həbs edilib, üçü isə məhkəməyə qədər nəzarət altında azadlığa buraxılıb.

Gəncin atası oğlunun qəddarlıqla qətlə yetirildiyini bildirib.

"Oğlumu burada altı nəfər bıçaqlayıb. Sonra da pompalı tüfənglə atəş açıblar, üstünə çöküb döyüblər. Amma bu da onlara kifayət etməyib, ürəyini çıxarıblar, aorta damarını kəsiblər..." - deyə o bildirib.

Hadisənin dəhşətli təfərrüatı və valideynin irəli sürdüyü iddialar tibbi ekspertiza ilə araşdırılacaq.

Seçilən
17
12
moderator.az

10Mənbələr