AZ

"Sabah"ın rəqibi yeni futbolçu ilə gücləndi

"Sabah”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsində rəqibi olan “Çelye” klubu heyətinə yeni futbolçu qatıb.

Operativ Media klubun rəsmi saytına istinadən xəbər verir ki, Sloveniya təmsilçisi yarımmüdafiəçi Andrey Kotniklə anlaşıb.

29 yaşlı oyunçunun müqaviləsinin müddəti 2025/2026 mövsümünün sonunadək nəzərdə tutulub. O, son olaraq Çində “Dalian Kun Siti”nin formasını geyinib.

“Sabah” və “Çelye” arasında ilk oyun iyulun 10-da “Bank Respublika Arena”da, saat 20:00-da start götürəcək. Cavab görüşü iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Seçilən
8
20
operativmedia.az

10Mənbələr