AZ

Bakının daha bir yolunda ÇÖKMƏ RİSKİ DİQQƏTLİ OLUN!

ain.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda daha bir ərazidə yolda çökmə baş verib.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, hadisə Binəqədi rayon Cəfər Xəndan küçəsi ərazisində, "Zirvə" şadlıq sarayının yaxınlığında qeydə alınıb. 

Ərazidə xəbərdaredici yol nişanı qoyulsa da digər qabaqlayıcı tədbirlər görülməyib. Bu da o deməkdir ki, yolda bədbəxt hadisənin baş vermə ehtimalı qaçılmazdır. Bu yol gecə saatlarında xüsusilə təhlükəlidir. Asfalt qatın altında hər hansı bir boşluq və ya kanalizasiya xəttinin olması isə açıq qalan məsələdir.  

Xatırladaq ki, iyunun 26-da 27 yaşlı Cümşüd Cümşüdlü Binəqədi rayonu, "Baksol yolu" adlanan ərazidə yolun çökməsi nəticəsində kanalizasiyaya düşmüşdü. Onun nəşi 2 gün sonra tapıldı. 

Qalereya

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
1
baku.ws

2Mənbələr