AZ

Dözə bilmədi: Küçənin ortasında yıxılıb öldü

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

Barselonada bir təmizlik işçisinin həftəsonu yaşadığı ani ölüm İspaniyanın gündəminə oturub. 

"Cebheinfo.az" xəbər verir ki, şənbə günü günorta saatlarında şəhərin tarixi mərkəzində işləyən 51 yaşlı qadın işini bitirib evinə dönərkən həyatını itirib. Montserrat adlı qadının iş yoldaşına özünü çox pis hiss etdiyini söylədiyi bildirilir. Bu sözləri dedikdən qısa müddət sonra huşunu itirib və dünyasını dəyişib. 

İspaniyanın meteorologiya agentliyi AEMET şənbə günü Barselonada temperaturun 30,4 dərəcəyə çatdığını açıqlayıb. Mütəxəssislərə görə, güclü isti hava şəraiti birbaşa günvurma ilə yanaşı, ürək və tənəffüs xəstəliklərini də ağırlaşdıra bilər. 

Bu vəziyyət xüsusilə yaşlılar üçün böyük risk yaradır. İspaniya Səhiyyə Nazirliyinin məlumatına əsasən, ötən il ölkədə isti hava səbəbindən 2 min 32 ölüm qeydə alınıb. Bu ilin ilk isti hava dalğasının həftəsonu başladığı və çərşənbə axşamına qədər davam edəcəyi bildirilir. 

Nigar Hacılı 

"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
50
cebheinfo.az

10Mənbələr