AZ

“Qarabağ” üçün “Metallist”, “Tvente” və “Zalsburq”

Azərbaycan çempionu “Qarabağ”ın Avstriyadakı təlim-məşq toplanışında keçirəcəyi yoxlama oyunlarının vaxtı və rəqibləri bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, komanda Zell-Am-Seenin Kaprun bölgəsində 4 sınaq matçına çıxacaq.

İyulun 7-də keçiriləcək ilk görüşdə rəqib Xarkov “Metallist”i olacaq. Qarşılaşma yerli vaxtla saat 17:30-da (Bakı vaxtı ilə 19:30-da) başlayacaq.

Azərbaycan çempionu bundan dörd gün sonra “Tvente” ilə iki görüşə çıxacaq. Niderland təmsilçisi ilə oyunlar yerli vaxtla 15:00 və 17:15-də (Bakı vaxtı ilə 17:00 və 19:15-də) start götürəcək.

İyulun 15-də baş tutacaq toplanışın son matçı “Zalsburq”a qarşı olacaq. Görüş yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 20:00-da) başlayacaq. Qarşılaşmaların dördü də Kaprun stadionunda baş tutacaq.

Qeyd edək ki, hazırlığa iyunun 18-də Bakıda start vermiş komanda iyulun 2-dən 16-na qədər Avstriyada təlim-məşq toplanışı keçirəcək. “Qarabağ” Zell-Am-Seenin Kaprun bölgəsində yerləşən “Tauern” otelində məskunlaşacaq.

Seçilən
0
50
arena.az

10Mənbələr