AZ

“Qarabağ”ın təşkilatçılığı ilə turnir keçiriləcək

ain.az bildirir, futbolpress-az portalına istinadən.

“Qarabağ”ın təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunan turnir keçiriləcək.

Futbolpress.az xəbər verir ki, idman jurnalistləri arasında keçiriləcək yarışın oyunları iyulun 17-18-də baş tutacaq.

Turnirdə Peşəkar Futbol Liqasında 2024-2025-ci il mövsümü üçün akkreditasiyadan keçmiş idman jurnalistləri iştirak edə biləcəklər. Hər komandada minimum 10, maksimum 12 oyunçu yer ala bilər.

Turnirin matçları Tofiq Bəhramov adına Respublika stadionunun məşq meydanında keçiriləcək. Yarışın keçirilmə formatı komandaların sayı dəqiqləşdikdən sonra müəyyənləşəcək. Turnir barədə əlavə məlumat veriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
34
futbolpress.az

10Mənbələr