AZ

Rəsmi Tehran: İsrail və ABŞ ın hərbi əməliyyatları nəticəsində nüvə obyektlərimiz ciddi zərər görüb

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrail və ABŞ-ın son hərbi əməliyyatları nəticəsində İranın nüvə obyektləri ciddi zərər görüb.

“Report” xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mühacirani iyulun 1-də keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 12 gün ərzində İranın hərbi, nüvə və yaşayış obyektləri ilə yanaşı, Nətənz, Fordo və İsfahan şəhərlərindəki üç nüvə obyektinə hərbi zərbələr endirilib.

O, İranla ABŞ arasında yeni danışıqlar raundunun perspektivləri ilə bağlı suala cavabında isə deyib ki, Xarici İşlər Nazirliyi artıq bu barədə hələ heç bir qərar qəbul etməyib, yaxın gələcəkdə belə danışıqların keçirilməsi ehtimalını isə istisna edib.

O bildirib ki, İsrailin İrana hücumları nəticəsində 3500 yaşayış binasına, o cümlədən Tehranda 332 evə ziyan dəyib.

Mətbuat katibi qeyd edib ki, 12 günlük müharibədə 935 iranlı, o cümlədən 140 qadın və uşaq həlak olub, 5600-dən çox insan yaralanıb.

O, əlavə edib ki, İsrailin iyunun 23-də Tehrandakı Evin həbsxanasına hücumu nəticəsində 79 nəfər həlak olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
28
icma.az

10Mənbələr