AZ

Masazırda yol boyu maşını sıxışdıraraq dirəşən sürücü 99 DN 835 VİDEO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində qayda pozan sürücü görüntülənib. 

Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 27-də saat 12:32 radələrində qeydə alınıb. Hərəkətdə olan 99-DN-835 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü ötmə qaydasını pozub. Belə ki, öndəki maşını ötmək istəyən sürücü yol boyu onu sıxışdıraraq qəza şəraiti yaradıb. Təhlükəylə üzləşən sürücü yol verməsə də qayda pozan şəxs dirəşərək onun qarşısına keçib.

Qeyd edək ki, sözügedən yol bir zolaqlıdır və qayda pozan sürücü yolun kənarına çıxaraq hərəkət edib. 

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
avtosfer.az

1Mənbələr